Türkiyədə ölənlərin sayı 30 nəfərə çatdı

© Sputnik / Burcu Okutan / Mediabanka keçidНа одной из улиц в Стамбуле
На одной из улиц в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün 20 345 test keçirilib, onlardan 1 256-ı müsbətdir, biz ümumilikdə 30 qoca pasiyentimizi itirdik.", - nazir “Twitter”də yazıb.

BAKI, 23 mart — Sputnik. Türkiyədə koronavirus qurbanlarının və virusa yoluxanların sayı artıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Kocaözünün “Twitter”dəki səhifəsində bildirib.

​Nazir deyib ki, ölkədə koronavirusa yoluxanların sayı 947 nəfərdən 1 256nəfərə, ölənlərin sayı 21-dən 30 nəfərə yüksəlib.

"Bu gün 20 345 test keçirilib, onlardan 1 256-ı müsbətdir, biz ümumilikdə 30 qoca pasiyentimizi itirdik.", - nazir “Twitter”də yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. Artıq dünyanın 184 ölkəsində virusa 330 mindən çox yoluxma qeydə alınıb, 14 mindən çox insan pandemiyanın qurbanı olub.

Xəbər lenti
0