BAKI, 23 mart — Sputnik. Madriddə COVID-19 koronavirusundan ölənlərin meyitləri Buz sarayının meydançasında saxlanacaq.
Spuitnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə İspaniya KİV yazzır.
İndiyədək Madrid müxtar icmasında 1263 nəfər virusun qurbanı olub. Bu, bütün ölkə üzrə ölənlərin yarısı deməkdir. Son sutka ərzində paytaxt regionunda 242 nəfər ölüb.
Español yazır ki, yerli hakimiyyət 1800 kv. m sahəsi olan buz meydançasını morq kimi istifadə etmək niyyətindədir.
Bazar ertəsi Madridin meri Xose Luis Martines Almeyda hökumətə müraciətində bildirib ki, yas büroları bundan belə situasiya ilə bacarmayacaq, çünki morqların işçilərinin koronavirusdan ölənlərin meyitləri işləmək üçün xüsusi kostyumları yoxdur. O, məktubunda qeyd edib ki, "işçilər meyitlərin hermetizasiyası və göndərilməsi ilə məşğul olmayacaqlar, çünki qoruyucu materialları artıq qalmayıb".
#23Mar #Coronavirus #España La Comunidad de Madrid y la UME habilitan el Palacio de Hielo para almacenar los cuerpos de los fallecidos por coronavirus por el colapso de los crematorios - @elmundoes pic.twitter.com/2cEFx83UiO
— Reporte Ya (@ReporteYa) March 23, 2020
Ancaq yas büroları başqa səbəblərdən dünyalarını dəyişmiş insanların dəfnini həyata keçirəcəklər.
Müvəqqəti çıxış yolu kimi Buz sarayı seçilib, meyitləri buraya Fövqəladə Hallar üzrə bölmənin hərbçiləri gətirəcəklər.
Buz sarayı xəstəxana çatışmazlığı səbəbindən hospitala çevrilmiş Ifema sərgi kompleksinin yanında yerləşir.
İspaniya yoluxma və ölüm sayına görə Avropada İtaliyadan sonra ikincidir. Bugünədək orada 33 min adam yoluxub, ölənlərin sayı 2182-yə çatıb. 2355 adam ağır vəziyyətdədir. Cəmi 3355 adam (10%) sağalıb.
"Lider" İtaliyada isə martın 23-dək 63928 nəfər yoluxub, onlardan 6078-i ölüb. 7432 nəfər sağalıb.
Ümumilikdə dünyada koronavirusa yoluxanların sayı 330 mini ötüb, 14.5 mindən çox adam dünyasını dəyişib.