BAKI, 23 mart — Sputnik. Azərbaycanla Gürcüstan arasında sərhədin aprelin 20-dək bağlı saxlanılmasına qərar verilib.
Sputnik Azərbaycan Nazirlər Kabineti yanımnda Operativ Qərargahın məlumatına istinadla bildirir ki, Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.
Yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.