BAKI, 23 mart — Sputnik. Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur.
Sputnik Azərbaycan bildirir ki, bunu ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi yenə də istisna da edilmir: "Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər".