CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda karantində olanların sayı açıqlandı - "Qırmızı alarm" vermək düzgün deyil

© AFP 2023 / STRСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu insanların da böyük hissəsi xaricdən gəlib. Ona görə də belə bölgü aparıb "qırmızı alarm" vermək düzgün deyil" - İbrahim Məmmədov

BAKI, 23 mart — Sputnik. "Hər yeni aşkar olunan şəxs qeydiyyata alınır və onunla ünsiyyətdə olan insanlar araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər 72 hal aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib: "Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır".

V.Qasımovun sözlərinə görə, daha çox yoluxma hallarına cənub zonasında rast gəlinir. Və bunu İran sərhədinə yaxınlıqla izah edib. Nazir müavini qeyd edib ki, xəstəlik aşkar olunan şəxslərdən iki nəfəri xarici vətəndaşdır: "Xəstəlik aşkar olunan şəxslərin yaş aralığı 29-50-dir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə xəstələrinin sayının onları regionlara bölməsinə imkan vermədiyini bildirib: "Cəmi 61 xəstə var, on nəfər də yaxınlarda sağalıb evinə buraxılacaq. Onları bölmək olmur, hansısa şəhər, rayonların adını çəkmək olmur. Bu insanların da böyük hissəsi xaricdən gəlib. Ona görə də belə bölgü aparıb "qırmızı alarm" vermək düzgün deyil".

Xəbər lenti
0