Avropa Birliyi İranla bağlı qərar verdi

© AP Photo / Frank AugsteinФлаги Европейского Союза развеваются на ветру, фото из архива
Флаги Европейского Союза развеваются на ветру,  фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ İranda koronavirus yayılmasına rəğmən bir neçə dəfə bu ölkəyə qarşı sanksiya tətbiq edib və bildirib ki, onların köməyilə "terrorizmə dəstək verən" İranın neft satışları və gəlirlərini əngəlləməyə çalışır

BAKI, 23 mart — Sputnik. Avropa Birliyi hesab edir ki, koronavirusdan ciddi ziyan çəkən İrana humanitar yardımı artırmaq lazımdır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə AB-nin üzvü olan ölkələrin xarici işləri nazirləri ilə videokonfransın yekunlarına dair Brüsseldə keçirilən mətbuat konfransında qurumun xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

"Biz koronavirusdan daha çox əziyyət çəkən dünyanın ikinci ölkəsi, vəziyyətin getdikcə dramatikləşdiyi İrandakı vəziyyəti ayrıca müzakirə etdik. Biz İrana humanitar yardım göndərməyə davam etməliyik. İndiyədək ona ciddi kömək edə bilməmişik", - Borrel deyib.

O, həmçinin əlavə edib ki, yaxın həftələrdə İrana daha samballı humanitar yardım göndərilə bilər.

Avropa diplomatiyasının başçısı bəyan edib ki, AB İran və Venesuelanın koronavirusla bağlı BVF-ə kömək üçün müraciətini dəstəkləyir.

"Əgər ölkələr həmçinin ABŞ-ın sanksiyaları səbəbilə neft sata bilmədikləri üçün gəlir əldə edə bilmədiklərindən çox ağır vəziyyətdədirlərsə, biz bu sorğunu dəstəkləyəcəyik", - Borrel izah edib. 

O, həmçinin vurğulayıb ki, qida, dərman vasitələri, tibbi avadanlıqlar kimi humanitar yardım Amerika sanksiyalarına daxil deyil.

ABŞ İranda koronavirus yayılmasına rəğmən bir neçə dəfə bu ölkəyə qarşı sanksiya tətbiq edib və bildirib ki, onların köməyilə "terrorizmə dəstək verən" İranın neft satışları və gəlirlərini əngəlləməyə çalışır. İran isə öz növbəsində ABŞ-ı iqtisadi terrorizmdə, eləcə də koronavirusla mübarizə üçün gərəkli olan tibbi avadanlıq və dərmanların alınmasına maneçilik törətməkdə günahlandırır.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo isə bildirib ki, koronavirus fonunda İrana humanitar yardım sanksiya obyekti deyil.

Xəbər lenti
0