Xorvatiyada güclü zəlzələ - Ölən var

© Depositphotos.com / ShamtorСейсмограф регистрирует колебания на листе измерительной бумаги
Сейсмограф регистрирует колебания на листе измерительной бумаги - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumatlara görə, dağıntılar və ölən var. Təcili yarım briqadası dağılmış tikililərdən birinin altından 15 yaşlı yeniyetmənin meyitini çıxarıb.

BAKI, 22 mart — Sputnik. Xorvatiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Zaqrebdən 7 km şimalda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, dağıntılar və ölən var. Təcili yarım briqadası dağılmış tikililərdən birinin altından 15 yaşlı yeniyetmənin meyitini çıxarıb.

Dağıntıların miqyası və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.

Xəbər lenti
0