Virus İranın axırına çıxacaq – Daha 130 ölü

© AP Photo / Vahid SalemiСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib ki, yeni 1028 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 21 min 638 fakt təşkil edir.

BAKI, 22 mart — Sputnik. İranda yeni tip koronavirusdan (Covid-19) daha 129 nəfər ölüb.

Sputnik Azərbaycan-ın İRNA agentliyinə istinadla məlumatına görə, bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1685-ə çatıb.

İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib ki, yeni 1028 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 21 min 638 fakt təşkil edir.

Qeyd edək ki, bu günə kimi bütün dünyada 310 minə yaxın adam koronavirusa yoluxub. Onlardan 13 mindən çoxu ölüb. 92 mindən çoxu sağalıb.

Xəbər lenti
0