CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişindaşımada kəskin azalma var

© Sputnik / Irade JELILБакинский Международный Автовокзал, фото из архива
Бакинский Международный Автовокзал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
DANX rəsmisi Nuridə Allahyarova:" Martın 20-dən bu günədək avtovağzallara cüzi sayda sərnişin müraciət edib"

BAKI, 22 mart — Sputnik. “Bakıdan regionlara və əks istiqamətdə sərnişindaşımada kəskin azalma var. Martın 20-dən bu günədək avtovağzallara cüzi sayda sərnişin müraciət edib”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəzarəti Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Международный Бакинский Автовокзал, фото из архива - Sputnik Azərbaycan
Avtovağzaldan rayonlara sərnişin daşınması həyata keçirilir

O, deyib ki, Bakı, Abşeron və Sumqayıt qeydiyyatında olan vətəndaşların Bakıya və regionlara daşınmasında heç bir problem yoxdur: "Sərnişinlərimizə ümumi çağırışlarımızı və tövsiyələrimizi diqqətə aldıqları üçün minnətdarlığımızı bildiririk. Zərurət olmadığı təqdirdə şəhərlərarası səfərlərini təxirə salmalarına dair müraciət nəticəsini verir. Əlimizdə olan statistik məlumatlara əsasən sərnişindaşımada xeyli azalma müşahidə edilir. Bir daha xatırladım ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, eləcə də respublikanın 56 avtovağzal və avtostansiyası gündəlik iş rejimində fəaliyyət göstərir. Hansı ərazi üzrə qeydiyyatda olmalarından asılı olmayaraq sərnişinlərin paytaxtdan regionlara səfərləri gündəlik təmin edilir. Mart ayının 29-na qədər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə qeydiyyatda olan sərnişinlər paytaxta qayıda biləcək. Respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan sərnişinlərimiz üçün paytaxta geri dönüş məhdudiyyəti NK-nın Operativ Qərargahının təyin etdiyi müddətə qədər davam edəcək. Bütün tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərərgahın təlimat və tapşırıqlarına uyğun təşkil edilir".

Xəbər lenti
0