Pandemiyanın azalacağı vaxt proqnozlaşdırıldı

© AFP 2024 / PIERO CRUCIATTIДоктор одной из поликлиник, фото из архива
Доктор одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Güman edirəm ki, aprelin ikinci yarısında vəziyyət az-çox stabilləşməlidir, yəni, virusun yayılması azalmalıdır” - İrina Şestakova

BAKI, 22 mart — Sputnik. Koronavirusun yayılması aprelin ortalarından etibarən aşağı düşməyə başlayacaq.

Медицинский персонал в защитной маске, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Türkiyədə virus qurbanlarının sayı kəskin artıb  

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin infeksiya xəstəlikləri üzrə keçmiş baş mütəxəssisi İrina Şestakova bildirib.

“Güman edirəm ki, aprelin ikinci yarısında vəziyyət az-çox stabilləşməlidir, yəni, virusun yayılması azalmalıdır” – deyə, o, qeyd edib. Bununla yanaşı, Şestakova xəstəliyin əhalinin sıx yaşadığı Avropada olduğunu nəzərə alaraq, dəqiq proqnoz verməyin çətin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölkələrin çoxu məhdudiyyət tədbirlərinin aprelin ortası – sonuna kimi davam edəcəyini açıqlayır: “Hələlik heç kim bundan o tərəfini planlaşdırmayacaq. Çünki vəziyyəti bilmək, necə inkişaf edəcəyini gözləmək lazımdır”.

Xəbər lenti
0