Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Novruzun şirin atributları

Abunə olmaq
Novruz və onun atributları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Novruz yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Bu bayramın kökləri insanın yazılı tarixindən çox-çox əvvəllərə gedib çıxsa da, zərdüştiliyin rəsmi dini bayramı statusunu Əhəmənilər imperiyası dövründə alıb. Bu bayram Türk və İran xalqları arasında yaz gecə-gündüz bərabərliyi günlərində qeyd olunur. Yaxın Şərq xalqları Novruzu ərəblərin işğalından, İslamın yayılmasından çox-çox əvvəl qeyd ediblər və indi də sevə-sevə qeyd edirlər.

Novruz 2009-cu ilin 30 sentyabrında UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası mart ayının 21-ni "Beynəlxalq Novruz Günü" elan edib.

Bu bayramın əsas simvolları ənənəvi şirniyyatlarda - şəkərbura, paxlava və qoğalda yaşadılır. Səməni və boyanmış yumurta isə bayramın vazkeçilməz atributlarıdır. Şəkərbura təzə ayın, paxlava ulduzların, qoğal isə günəşin rəmzidir.

İnanca görə, azərbaycanlıların bayram süfrəsində bu dildə s hərfi ilə başlayan yeddi məhsul olmalıdır. Novruz və onun atributları ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

Xəbər lenti
0