Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert Azərbaycanda distant təhsilə əngəl olan səbəblərdən danışır

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, elektron universitet sistemi qurmaqla bu prosesi reallaşdırmaq olardı
Kamran Əsədov: “Azərbaycan təhsil müəssisələri distant təhsilə hazır deyil”

“Koronavirus göstərdi ki, Azərbaycanda təhsilin əlçatımlığı təhsil müəssisələrinin daxilində normal təhsilalma formalarında mümkündür”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu, təhsil haqqında strategiyanın tələblərinin yerinə yetirilmədiyini göstərir: “Bu gün təhsil sistemi 1,5 milyon insanı ətrafında birləşdirir. Təhsil nazirliyi “Dərs saatı” verilişi ilə hazırkı vəziyyəti kompensasiya etməyə çalışır. Ancaq 165 min ali məktəb tələbəsi hələ də təhsil prosesindən kənarda qalıb. Halbuki, elektron universitet sistemi qurmaqla bu prosesi həyata keçirmək olardı. Azərbaycan təhsil müəssisələri distant təhsilə hazır deyillər. Bu proses təhsil sistemindəki boşluqları üzə çıxardı”.

Qeyd edək ki, martın 11-dən “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə başlanılıb. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edir. Bu həftədən rus dilində olan dərslər də televiziya vasitəsi ilə yayımlanacaq.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0