BAKI, 21 mart — Sputnik. İtaliyada koronavirus qurbanlarının sayı ilə bağlı yeni dəhşətli rəqəm açıqlanıb. Sputnik Azərbaycan “İndependent”ə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları son sutka ərzində yeni rekordla bağlı məlumat yayıblar.
Son 27 saat ərzində ölkədə 793 nəfər ölüb. Bununla da, ölənlərin ümumi sayı 4 min 825 nəfərə çatıb.
Sutka ərzində təxminən 5 000 nəfər virusa yoluxub. Ümumilikdə xəstəliyə yoluxanların sayı 53 min 578 nəfər olub.
Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib ki, bu, epidemiyanın başlanğıcından indiyə kimi ölkədə yeni antirekorddur.
“Təəssüf ki, bu gün bizdə 793 ölü var. Sağalanların sayı 6 min nəfəri ötdü”, - deyə o bildirib.