BAKI, 21 mart – Sputnik. Gürcüstanın Marneuli rayonunda Azərbaycan vətəndaşı ölüb.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, 24 yaşlı Elvin Sarıyevin ötən gün kirayədə qaldığı mənzildə meyiti tapılıb. İlkin ehtimala görə, o, dəm qazından boğulub.
Səfirlikdən qeyd olunub ki, E.Sarıyev Ağstafa rayon sakini olub və Marneulidə işləyirmiş.
Gəncin yaxınları hadisə barədə artıq məlumatlandırılıb. Azərbaycan vətəndaşının meyiti hazırda müvafiq ekspertizadan keçirilir. Onun cənazəsinin martın 23-də Azərbaycana göndərilməsi nəzərdə tutulub.