BAKI, 21 mart – Sputnik. ABŞ-ın Nyu-Cersi ştatının sakini və onun 3 övladı bir həftə ərzində vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
73 yaşlı Qreys Fuskonun 11 uşağı və 27 nəvəsi olub. Onlar martın əvvəlində ənənəvi ailə naharına yığışıblar. Güman edildiyinə görə, bu nahar zamanı ailə üzvləri koronavirusa yoluxublar.
Three members of the same New Jersey family die from #coronavirus
— Alexander Higgins - Coronavirus Updates (@kr3at) March 19, 2020
Grace Fusco, 73, a mother of 11 from Freehold, died last night. Her 55-year-old daughter Rita Fusco-Jackson, died last Friday. Fusco’s eldest son, Carmine Fusco, also died from the virus.https://t.co/zVQ83dabgd pic.twitter.com/H1IVHVToWQ
Nəticədə Qreysin iki böyük övladı – oğlu Karmayn və qızı Rita ölüblər. Sonuncunun diaqnozu barədə ailəsi onun ölümündən sonra xəbər tutub. Onların təxminən 55 yaşları olub.
Bir neçə gün sonra Qreys özü vəfat edib. Qadın son dərəcə ağır vəziyyətdə olub və süni nəfəsalma aparatına qoşulub. O, övladlarının ölümündən xəbəri olmadan dünyadan köçüb.
Onun ölümündən bir gün sonra – martın 19-da Qreysin üçüncü oğlu olan Vinsent Fusko vəfat edib.
Ailənin daha 19 üzvü təcrid olunub, onlardan 2 nəfər reanimasiyadadır. Daha bir nəfərin vəziyyəti stabil hesab edilir.
Karantin səbəbindən ailənin sağ qalan üzvləri vəfat edənləri son mənzilə belə yola sala bilməyiblər.