BAKI, 20 mart – Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı hazırlanmış peyvəndin ilkin nəticələrini yaxın həftələrdə gözləyir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Melita Vuynoviç bildirib.
Onun sözlərinə görə, ÜST insanların həyatını xilas etməyə yönəldilmiş elmi araşdırmaları alqışlayır: “Hazırda ÜST baxılmaq və təsdiq edilmək üçün 40 diaqnostik test müraciəti alıb, 20 vaksin işlənilmə mərhələsindədir”.
Vuynoviç qeyd edib ki, ÜST vaksin hazılanmasına investisiya qoyulması üçün müxtəlif ölkələr və Ümumdünya Bankı kimi təşkilatlarla sıx əlaqə saxlayır.