BAKI, 20 mart – Sputnik. Cari ilin 12 may - 23 may tarixlərində keçirilməsi nəzərdə tutulan Kann kinofestivalı Fransada yayılan koronavirus pandemiyasına görə təxirə salınıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, hazırda kinofestivalın iyunun sonu - iyulun əvvəlində keçirilməsi müzakirə olunur.
“Fransada və dünyadakı səhiyyə sahəsində vəziyyətin inkişafı bizə real durumu qiymətləndirməyə imkan verdikdən sonra qərarımızı bildirəcəyik. Qlobal səhiyyə böhranının bu dövründə, COVID-19 qurbanları haqqında düşünürük və bu xəstəliklə mübarizə aparan hər kəslə həmrəyik”- deyə təşkilatçıların məlumatında bildirilir.