BAKI, 20 mart – Sputnik. İtaliyada koronavirusdan ölənlərin sayı 4032-yə çatıb.
İtaliyada son sutka ərzində koronavirusa yoluxanlardan 627 nəfəri ölüb. Gün ərzində 5986 nəfər isə virusa yoluxub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə İtaliyanın Mülki müdafiə departamentinin müdiri Ancelo Borrelli açıqlamasında bildirib.
O qeyd edib ki, ölkədə ümumilikdə virusa yoluxanların sayı 47 min 21-ə çatıb. Bu günədək 5 min 129 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.