CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetişdi fəsli-bahar: Novruz bayramınız mübarək!

© Sputnik / Irade JELILТрадиционная праздничная сервировка на Новруз байрамы
Традиционная праздничная сервировка на Новруз байрамы - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda Novruz bayramı münasibətilə bu gündən etibarən tətil başlayıb və martın 29-dək davam edəcək

BAKI, 20 mart — Sputnik. Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Sputnik Azərbaycan bildirir ki, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olub.

Novruz bayramı qədim türk xalqlarına məxsus bir bayramdır. İran və Əfqanıstanda bu bayramın yeni il kimi keçirilmə səbəbi İran dövlətinə 2500 il ərzində türk mənşəli şahların başçılıq etməsidir.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

Papağım yoxdur: Ən son nə vaxt papaq atmısınız, gəlin uşaqlığımızı yada salaq – SORĞU - Sputnik Azərbaycan
VİDEO
Bakı əhlini uşaqlığına qaytardıq: bu gün qapıları bağlamaq olmaz

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara atırma, halay, bənövşə, cıdır, ənzəli, Kosa-kosa və bu kimi oyunlar aid edilir.

Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır: qoğal, şəkərbura, badambura, paxlava. Hər bir şirniyyat bir səma cisminə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir.

Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı tərənnüm edir.

Bu bayramın özünəməxsus adət-ənənələri var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Azərbaycanda Novruz bayramı münasibətilə bu gündən tətil başlayıb və martın 29-dək davam edəcək. Bu il məşum koronavirus pandemiyası səbəbindən ölkəmizdə Novruz bayramı ilə bağlı kütləvi tədbirlər ləğv olunub. Əhaliyə toplaşmamaq, evdə qalmaq, gigiyenaya, təhlükəsizlik qaydalarına riayət eymək tövsiyə olunub.

Evdə qalın, sağlam olun, həyat qurtarın! Bayramınız mübarək! Daha sağlıqlı, xoş, bol bərəkətli Novruzlar qeyd etmək diləyilə!

Xəbər lenti
0