BAKI, 19 mart — Sputnik. Türkiyənin Elazığ vilayətində zəlzələ olub.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən bildirir ki, Sivricə rayonunda baş verən zəlzələnin maqnitudası 5 bal gücündə olub.
Türkiyənin Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, hadisə yerli vaxtla 20:53-də baş verib.
Zəlzələ ocağının 21,36 km dərinlikdə yerləşdiyi bildirilir.
Elazığ valisi Çetin Oktay Kaldırım zəlzələ nəticəsində şəhər mərkəzi və kəndlərdə hansısa fəsadın olmadığını deyib, ancaq AFAD bölmələrinin əraziyə gəldiyini bildirib.