CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiət bizdən dincəlir

© Sputnik / Shahperi AbbasovaZaqtala peyzaj
Zaqtala peyzaj - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında Bakı və Abşeron yarımadasında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb

BAKI, 19 mart — Sputnik. Bakı və Abşeron yarımadasında keçirilən monitorinqlər havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığını göstərib. Havada azot, karbon və kükürd oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, əvvəlki göstəricilərlə müqayisədə son iki günün göstəriciləri çirkləndiricilərin 40-50 faiz azaldığını deməyə əsas verir.

"Havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasıdır".

Nazirliyin şöbə müdiri qeyd edib ki, son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib. Bu gün səhər saatlarında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb.

Xatırladaq ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq 18-19 mart 2020-ci il tarixlərində keçirilib.

Xəbər lenti
0