Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qidalarımız gəlir, narahatlığa əsas yoxdur – Şirkətlər əmin olun deyirlər

© AP Photo / Petr David JosekГрузовики, фото из архива
Грузовики, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Azmil” LTD şirkətinin rəsmisi: “Sərhədlərin bağlanmasının yük daşımaya heç bir aidiyyəti yoxdur. Yük maşını gömrükdə yoxlanılır, dərmanlanır, sonra buraxılır. Belə olan halda da sərhəddə gözləmələr və gecikmələr olur. Amma dayanmır, gəlir”

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Azərbaycan dünyanı ağuşuna almış koronavirus səbəbindən təcrid olunmuş vəziyyətə düşüb. Martın əvvəlində ölkəmizin İran və Gürcüstanla sərhədləri bağlandı. Təxminən bir həftə öncə Türkiyə ilə sərhəd qapandı, 2 gün öncə isə Rusiya ilə gediş-gəliş dayandırıldı.

Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan-Rusiya sərhədi bağlandı – sonra nə olacaq?

Faktiki olaraq bu gün Azərbaycan bütün ətraf dövlətlərlə əlaqəsini kəsib. Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşların bu ölkələrə qarşılıqlı səfərlərinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

Belə bir şəraitdə bir çoxlarını narahat edən suallardan biri də, bu cür məhdudiyyətlərin yük daşıyan şirkətlərinin fəaliyyətinə necə təsir etməsidir.

Sputnik Azərbaycan bununla bağlı olaraq karqo şirkətləri arasında sorğu keçirib. Öncə geyim və bu kimi məhsulların sifarişini həyata keçirən məşhur karqo şirkətləri ilə əlaqə saxladıq.

Şirkətlərin nümayəndələri mövcud durumun onlara aid olmadığını bildirdilər. Onların sözünə görə, koronavirus pandemiyası ilə bağlı Azərbaycandan dünyanın bir çox ölkəsinə səfərlər qarşılıqlı olaraq dayandırılsa da, mövcud durum Azərbaycana karqo yüklərinin göndərilməsinə aid deyil.

Gürcüstan xarici vətəndaşlar üçün sərhədlərini bağlayır

Bununla yanaşı, şirkətlər işlərində çətinliklər ola biləcəyini də istisna etmirlər. Karqo şirkətlərinin birindən bildirilib ki, səfərlər üçün Türkiyə ilə quru sərhədi bağlandığına görə karqo təyyarələrində normadan artıq yüklənmə ola bilər. Bu səbəbdən də sifarişçilərdən anlayışlı olmaları tələb olunur.

Maraqlıdır, mövcud durum irihəcmli yük daşımalarına necə təsir edib?

Aylıq olaraq müxtəlif sahibkarların sifarişini dəmir yolu, gəmi və avtomobil yolu ilə həyata keçirən, daha böyük yük daşımaları icra edən “Azmil” LTD şirkətindən verilən məlumatda koronavirusun onların fəaliyyətinə hansısa təsiri olmadığı bildirilib: “Sərhədlərin bağlanmasının yük daşımaya heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, bir məhsul əvvəl 2 günə gətirilirdisə, indi 3 günə və daha uzun müddətə gəlib çatır. Amma dayanmır, gəlir. Yük maşını gömrükdə yoxlanılır, dərmanlanır, sonra buraxılır. Təbii ki, belə olan halda da sərhəddə gözləmələr və gecikmələr olur”.

Daha çox Rusiya, Türkiyə, Çindən məhsulların gətirildiyini deyən şirkət rəsmisi gətirilmə xərcinin məhsullara görə dəyişdiyini deyir: “Bu qiymətlər təxminən 1000-100 min dollar civarında dəyişir”.

Ümumilikdə koronavirusla əlaqədar olaraq yaranan son vəziyyətin qiymətlərə təsir etmədiyi bildirilib. Yalnız müəyyən qədər gecikmələrin ola biləcəyi istisna deyil.

Xəbər lenti
0