CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 400 peşə və kvalifikasiya standartı hazırlanacaq

© Sputnik / Irade JELILPeşə təmayüllü məkan
Peşə təmayüllü məkan - Sputnik Azərbaycan
Abunə olmaq
Standartlar iqtisadiyyatın müxtəlif sahələri üzrə yaradılmış, aidiyyəti qurumların, aparıcı müəssisələrin, assosiasiyaların nümayəndələrindən ibarət sahə komissiyalarında müzakirə edilərək qəbul olunacaq.

BAKI, 19 mart — Sputnik. Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"na əsasən həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 400 peşə və kvalifikasiya standartının hazırlanması təmin olunacaq.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin peşələr iqtisadiyyatın əsas sahələri üzrə əmək bazarında prioritet peşələrdəndir.

Tədbirlər Planında həmçinin 2020–2025-ci illərdə 500 peşə və kvalifikasiya standartının yenilənməsi işlərinin aparılması da nəzərdə tutulub. Qeyd edilən standartlar iqtisadiyyatın müxtəlif sahələri üzrə yaradılmış, aidiyyəti qurumların, aparıcı müəssisələrin, assosiasiyaların nümayəndələrindən ibarət sahə komissiyalarında müzakirə edilərək qəbul olunacaq.

Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşması, işçi qüvvəsinin rəqabətliliyinin artırılması və beynəlxalq standartlara uyğun kadr potensialının formalaşdırılması məqsədinə xidmət edir.

2010-2015-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

Xəbər lenti
0