Daha 123 nəfər Azərbaycan vətəndaşı vətənə döndü

© REUTERS / Toby MelvilleПассажирский самолет перед луной, фото из архива
Пассажирский самолет перед луной, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi ikinci çarter reysidir.

 

BAKI, 19 mart — Sputnik. Bu gecə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Macarıstanın paytaxtı Budapeştdən Bakıya çarter reysi həyata keçirib.

Sputnik Azərbaycan AZAL-a istinadən xəbər verir ki, aviareyslə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb.

Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi 2-ci çarter reysidir. Bundan əvvəl İtaliyanın paytaxtı Romadan Bakıya 161 nəfər gətirilmişdi.

Bundan başqa, AZAL ötən gün İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu çarter reysi həyata keçirib.

AZAL həmçinin Rusiyanın "Aeroflot" şirkəti əldə etdiyi razılaşma əsasında qonşu ölkənin paytaxtı Moskvadan və Sankt-Peterburq şəhərindən çarter reyslərini davam etdirir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Xəbər lenti
0