CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Evdə qal, həyatları xilas et"

Abunə olmaq
Martın 11-i Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ "COVID-19" virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 179 mindən çox şəxs bu virusa yoluxub

BAKI, 18 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi insanlara çağırış edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ÜST-ün rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb. Çağırışda koronavirus təhlükəsi ilə əlaqədar insanlara "Evdə qal, həyatları xilas et! Siz də bu təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın" çağırışı ilə müraciət edilib.

Xatırladaq ki, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır.

Qeyd edək ki, martın 11-i Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ "COVID-19" virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 179 mindən çox şəxs bu virusa yoluxub. Onların əksəriyyəti sağalıb, 7,4 min insan ölüb.

Xəbər lenti
0