CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Macarıstanda qalmış azərbaycanlılar bu gün Bakıya gətiriləcəklər

© AFP 2024 / CARL COURTПассажирский самолет Boeing B787 Dreamliner, фото из архива
Пассажирский самолет Boeing B787 Dreamliner, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata əsasən, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 mart - Sputnik. Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Macarıstandakı səfirliyi yayıb.

Bildirilir ki, həmin çarter reysi vasitəsilə ilk növbədə "WizzAir" şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur: “Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər "WizzAir" şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq”.

Məlumata əsasən, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasında tətbiq olunan qaydalara ciddi şəkildə riayət etməli xahiş olunur.

Xəbər lenti
0