BAKI, 18 mart - Sputnik. İtaliyada sutka ərzində COVİD-19 koronavirusundan 475 nəfər ölüb.
Sputnik Azərbaycan-ın xarici mediaya verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 35 mini ötüb, onlardan 2978 nəfəri ölüb, 4025 nəfəri isə sağalıb.
Son məlumatlara görə, bütün dünyada 212 minə yaxın insan koronavirusa yoluxub. Onlardan 8,7 min nəfəri ölüb, 83 mini isə sağalıb.