Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Arzular çin olur: Sputnik Azərbaycan tənha anaya evi təmir etməyə kömək edib

Abunə olmaq
Arzuların çin olduğu vaxtlar da olur. Bunu bir daha “Məktəbə getmək ümidi ilə” xeyriyyə aksiyası zamanı Sputnik Azərbaycan-ın yardım etdiyi tənha ananın misalında görmək olar. Daha ətraflı videomuzda izləyin.

BAKI, 18 mart - Sputnik. Ötən yay tədris ili öncəsi Sputnik Azərbaycan “Məktəbə getmək ümidi ilə” xeyriyyə aksiyası çərçivəsində iki uşağını tək böyüdən Səfurə Məmmədovaya uşağını məktəbə hazırlamağa kömək etmişdi.

Fəridə nəhayət məktəbə gedəcək – Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb  - Sputnik Azərbaycan
VİDEO
Fəridə nəhayət məktəbə gedəcək – Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb

Elə o vaxt balaca Fəridənin hekayəsi bizi sosial şəbəkələrdə izləyən bir çox xeyriyyəçinin ürəyinə yol tapıb və onlar bu ailəyə biganə qala bilməyiblər.

Kiçik vaxt ərzində Səfurə Məmmədovanın kiçik evinin hətta ən zəif yağan yağışlardan sonra “ələyə” dönüb axan damı və köhnə parçalarla tıxanmış deşikləri olan döşəməsi təmir edilib. Kif bağlamış divar kağızları yeniləri ilə əvəzlənib və evdəki mebel tamamilə dəyişdirilib.

Artıq Fəridə öz ev tapşırığını böyük masa arxasında edə bilir, qardaşı isə həmişə yanında onu dəstəkləməyə hazırdır. Bütün bunlardan sonra bizim də inamımız artır ki, arzular doğrudan da çin olurmuş.

Xəbər lenti
0