CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu tarixi yerinə bir daha baxın - Artıq əvvəlki kimi olmayacaq

© Sputnik / Irade JELIL Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi
 Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, körpü ötən əsrin ortalarında dəmir yollarının intensiv hərəkətini təmin etmək üçün inşa edilmişdi.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Artıq üç gündür ki, Bakının Nəsimi rayonu, Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsində yerləşən mövcud dəmir yolu körpüsünün sökülməsi işlərinə başlanılıb.

Bakı Dəmir Yolu Vağzalı ilə Dəniz Limanı vağzalını birləşdirən körpü uzun illərdir ki, fəaliyyətsiz idi, istifadə edilmirdi. Əksinə, böyük avtomobillərin, yük maşınlarının keçməsi üçün problem yaradırdı.

Dəfələrlə bu ərazidə qəzalar da baş vermişdi.

© Sputnik / Irade JELIL Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi
Bakının bu tarixi yerinə bir daha baxın - Artıq əvvəlki kimi olmayacaq - Sputnik Azərbaycan
Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi

Körpü söküləndən sonra  yol da genişlənəcək. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, söküntü işlərinə dünəndən başlanılıb.

“Bu üzdən avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçələrin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində məhdudlaşdırılıb.

Məhdudlaşma dünən səhər saatlarından tətbiq olunub və söküntü işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”.

© Sputnik / Irade JELIL Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi
Bakının bu tarixi yerinə bir daha baxın - Artıq əvvəlki kimi olmayacaq - Sputnik Azərbaycan
Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi

A.Nəcəfli həmçinin bildirib ki, bununla əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə agentlik vətəndaşlardan üzr istəyir.

Xatırladaq ki, körpü ötən əsrin ortalarında dəmir yollarının intensiv hərəkətini təmin etmək üçün inşa edilmişdi.

© Sputnik / Irade JELIL Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi
Bakının bu tarixi yerinə bir daha baxın - Artıq əvvəlki kimi olmayacaq - Sputnik Azərbaycan
Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsi

Ancaq zamanla sıradan çıxaraq istifadəyə yararsız hala düşmüş, hətta hərəkətə mane olurdu.

Sputnik Azərbaycan tarixi körpünün tarixə qovuşmazdan öncə fotolarını çəkib.

Xəbər lenti
0