Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda dollara tələbat 6 faizə yaxın azaldı

© AP Photo / Mark LennihanКупюры американских долларов, фото из архива
Купюры американских долларов, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Bugünkü hərracda bankların tələbi son dəfə, yəni martın 13-də, keçirilən hərracla müqayisədə 14,9 mln ABŞ dolları azalaraq 250,3 mln ABŞ dolları təşkil edib

BAKI, 17 mart — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bugünkü hərracda bankların tələbi son dəfə, yəni martın 13-də, keçirilən hərracla müqayisədə 14,9 mln ABŞ dolları və yaxud 5,6% azalaraq 250,3 mln ABŞ dolları təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi yenə də 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xəbər lenti
0