BAKI, 17 mart - Sputnik. 2007-2008-ci illərdə dünya böhranında olduğu kimi yeni növ koronavirus pandemiyası nəticəsində ABŞ fond birjasında kotirovkaların çökməsi, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının ucuzlaşmasına səbəb ola bilər. Bu barədə Sputnik Azərbaycan “Bloomberg”-ə istinadən xəbər verir.
Analitiklərin qiymətləndirməsinə əsasən Rusiyada dolların məzənnəsi 30% artaraq bir dollar üçün 97 rubl (təxminən 2,23 AZN) məzənnəsinə qədər yüksələ bilər.
Ekspertlər, həmçinin hesab edirlər ki, bir sıra Cənubi Amerika və Afrika ölkələri, o cümlədən İndoneziya, Türkiyə və Hindistanın milli valyutaları dolların möhkəmlənməsinə daha həssasadır. Belə ki, bu ölkələrdə cari hesabın defisiti var və onların maliyyə bazarlarının likvidlik dərəcəsi aşağıdır.