CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uğurlu əməliyyat onları pərişan etdi – Narkotiklərlə birgə ələ keçdilər

Abunə olmaq
Ağdaş şəhər sakinləri Ruslan Rəsulov və Müşfiq Əzizov iki kiloqram marixuana ilə birgə saxlanıldılar.

BAKI, 17 mart — Sputnik. Ağdaş sakinlərindən 2 kq-dan artıq narkotik vasitə götürülüb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki  regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Ağdaş şəhər sakini Ruslan Rəsulov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində saxlanılıb. Ondan da üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kiloqram 40 qram olan qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti
0