CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert dövlət güzəştlərinin övladlığagötürmə prosesindəki rolundan danışır

© © Courtesy of Narmin ShamilbayliPolitoloq Nərmin Şamilbəyli
Politoloq Nərmin Şamilbəyli - Sputnik Azərbaycan
Abunə olmaq
Ailə-qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli deyir ki, hökumətin bu istiqamətdə güzəştlər tətbiq etməsi humanizm vərdişini formalaşdırır
Nərmin Şamilbəyli: “Ən önəmli mərhələ monitorinq prosesinin təşkilidir”

“Sağlamlıq imkanları məhdud uşaqların övladlığagötürülməsi ilə bağlı stimullaşdırıcı güzəştlər tətbiq ediləcək”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Ailə-qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli Sputnik Azərbaycan-a deyir ki, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi üçün güzəştlərin təklif edilməsi yaxşı haldır:

“Lakin güzəştlərin hansı vəziyyətdə tətbiq edilməsi və real olması məsələsinə diqqət yetirilməlidir. Bu prosesdə ən önəmli mərhələ monitorinq prosesinin təşkilidir. Hökumətin bu istiqamətdə güzəştlər tətbiq etməsi humanizm vərdişini formalaşdırır. Bu həm də dövlətin bərabər səviyyədə vətəndaşlarının qayğısına qalmasını göstərir. Əsas məsələlərdən biri də ailələrin bu prosesə nə dərəcədə maraq göstərməsi olacaq”.

Nərmin Şamilbəylinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0