CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə qalan azərbaycanlıların bir hissəsi Bakıya döndü

© Photo : Facebook / Azerbaijan Airlines - AZALПассажирский самолет AZAL, фото из архива
Пассажирский самолет AZAL, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda qaynar xətt -  +90537 282 67 40 yaradılıb

BAKI, 16 mart — Sputnik. Azərbaycanın Milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.

Sputnik Azərbaycan “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, saat 22:04-də Bakıya enmiş həmin reys ilə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılıb.

Xatırladaq ki, daha əvvəl, martın 15-də İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətirilib.

Daha öncə məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” -  +90537 282 67 40 yaradılıb.

Xəbər lenti
0