CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ticarət mərkəzlərində özbaşınalıq: nə maska qoyurlar, nə də cihaz

Abunə olmaq
Bəzən ticarət mərkəzlərinin işçiləri maska taxmaqdan imtina edirlər. Bu kimi hallara İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət etmələri tapşırılıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan.

BAKI, 16 mart — Sputnik. Azərbaycanda bəzi ticarət mərkəzlərində satıcılar sosial izolyasiya tədbirlərinə riayət etmirlər.

"Gənclik Mall"da bir sıra mağazalar şəbəkələrində çalışan işçilər Sputnik Azərbaycan-a rəhbərliyin onlara tibbi maska taxmağa icazə vermədiyini bildiriblər.

Sputnik Azərbaycan mövzunu araşdırmaq üçün Nazirlər Kabineti yanında yaradılmış Qərargahla əlaqə saxlayıb. Qərargahın əməkdaşı Taleh Zeynalov Sputnik Azərbaycan-a bildirib ki, "Gənclik Mall" və “Port Baku” ticarət mərkəzlərində istilik ölçən cihazların qoyulmadığı barədə də onlara məlumat daxil olub: "Ticarət mərkəzləri qoyulan sosial izolyasiya tədbirlərinə riayət etməlidirlər. Bəzən ticarət mərkəzlərinin işçiləri maska taxmaqdan imtina edirlər. Bu kimi hallara İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət etmələri tapşırılıb".

Xəbər lenti
0