CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial izolyasiya rejimini pozanlar cərimə ediləcəklər

© Sputnik / Murad OrujovПрохожие на улице Низами в Баку
Прохожие на улице Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişiklikdə hüquqi şəxslərin 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulub

BAKI, 16 mart — Sputnik. Sabah Milli Məclisin iclasında Cinayət Məcəlləsinə dəyişiklik müzakirə edəcək.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, təklif edilən dəyişikliklərə görə, epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Belə ki, sabah epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejiminin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilməsi və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunması müzakirə ediləcək.

Dəyişiklikdə hüquqi şəxslərin 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilməsi də nəzərdə tutulub.

Xəbər lenti
0