BAKI, 16 mart — Sputnik. İranda koronavirusdan ölənlərin sayı bir gün ərzində 1053 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.
"Son 24 saat ərzində koronavirusa 1053 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 14991-ə çatıb. Bir gün ərzində 129 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 853-ə çatıb", - deyə məlumatda bildirilib.
O, həmçinin qeyd edib ki, virusa yoluxan 14991 şəxsdən 4996-sı sağalıb.