CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metronun təcrübəsi indi ticarət məkanlarında: hərdən qulaqcıqları çıxarın

© AP Photo / Natacha PisarenkoЖенщина в супермаркете
Женщина в супермаркете - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusdan qorunmağın yolları ilə bağlı ticarət obyektlərində mütəmadi olaraq səsləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən maarifləndirici anons hazırlanıb

BAKI, 16 mart — Sputnik. İqtisadiyyat Nazirliyi ticarət obyektlərində və anbarlarda KİV nümayəndələrinin iştirakı ilə monitorinq keçirib.

Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib ki, monitorinqlər zamanı əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə təchizatında hər hansı çətinliyin olmadığı, mağazalarda bütün çeşidlər üzrə malların və anbarlarda kifayət qədər ehtiyatının olduğu müşahidə edilib.

Satışla məşğul olan sahibkarlar mağazalara yeni məhsulların sifarişinin davam etdirildiyini, ticarət obyektlərinin topdansatış müəssisələri tərəfindən təchizatla bağlı sifarişlərinin vaxtında yerinə yetirildiyini bildiriblər.

Bununla yanaşı, koronavirusdan qorunmağın yolları ilə bağlı ticarət obyektlərində mütəmadi olaraq səsləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən maarifləndirici anons hazırlanıb.

Sahibkarlara bu maarifləndirici anonsun ticarət obyektlərində səsləndirilməsinin təmin edilməsi tövsiyə olunur. 

Xəbər lenti
0