Fransa məhkəmələri bağlayır – koronavirusa görə

© REUTERS / GONZALO FUENTESСитуация в связи с эпидемиологической обстановкой в Франции
Ситуация в связи с эпидемиологической обстановкой в Франции - Sputnik Azərbaycan
Abunə olmaq
Şənbə günü axşam Baş Nazir Eduard Filip kafe, restoran, kinoteatr və qeyri-ərzaq mağazalarının bağlandığını elan edib.

BAKI, 16 mart — Sputnik. Fransanın Ədliyyə naziri Nikol Bellube ən vacib məhkəmə proseslərini aparan məhkəmələr istisna olmaqla, ölkədə bütün məhkəmələrin bağlanıldığını elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, nazirin bəyanatını “Le Monde” qəzeti yayıb.

Son məlumatlara görə, Fransada 5400 nəfər koronavirusa yoluxub, 120 nəfər dünyasını dəyişib. Şənbə günü axşam Baş Nazir Eduard Filip kafe, restoran, kinoteatr və qeyri-ərzaq mağazalarının bağlandığını elan edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavirusun (COVID-19) yayılmasını pandemiya elan edib. Dünyanın 143 ölkəsində artıq 153 mindən çox adam koronavirusa yoluxub, onların əksəriyyəti sağalıb, 5,7 min nəfər isə dünyasını dəyişib.

Xəbər lenti
0