CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramqabağı bəzi məhsullar bahalaşdı

© Sputnik / Irade JELILBakıda bazar
Bakıda bazar - Sputnik Azərbaycan
Abunə olmaq
Ucuzlaşma əsasən dondurulmuş balığın, kərə yağının, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub

BAKI, 16 mart — Sputnik.  2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərlən ödənişli xidmətlər üzrə 101,4 faiz təşkil edib. Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin fevral ayına nisbətən 102,9 faiz təşkil edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, ərzaq məhsulları əvvəlki aya nisbətən 100.7 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 100.9 faiz təşkil edib.

Bunan başqa, 2020-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,1 faiz təşkil edib.

Bakıda bazar - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Meyvələr matahdır, marketlər muzey, qiymətlər də artır, haraya qədər?

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, unun, qarabaşaq və manna yarmasının, vermişel və spagettinin, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiska və sardelkanın, təzə balığın, südün, xamanın, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən dondurulmuş balığın, kərə yağının, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 101,1 faiz təşkil edib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma ipək parçaların, kişi və qadınlar üçün köynəklərin, cins şalvarların, sulu boyaların, polietilen su borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, keramik plitələrin (kafel, metlax), tozsoranların, elektrik ütülərinin, boşqab, fincan və nəlbəkilərin, sabit şəbəkə telefon aparatlarının, dəftər, qələm və karandaşların, ucuzlaşma isə əsasən qadınlar üçün qış ayaqqabılarının, təsərrüfat sabununun, planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər lenti
0