CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlaxır çərşənbəyə hazırlaşanlar qar gördülər

© Sputnik / Irade JELILXızı
Xızı - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tərtər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Sumqayıt və Zabratda 20 m/s, Bakıda 26 m/s, Maştağada 25 m/s, Neft Daşlarında 23 m/s- dək güclənib

BAKI, 16 mart — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, martın 16-sı saat 22:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tərtər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Sumqayıt və Zabratda 20 m/s, Bakıda 26 m/s, Maştağada 25 m/s, Neft Daşlarında 23 m/s- dək güclənib.

Şahbuz, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Tərtər, Zərdab, Yardımlı, Lənkəran, Astara, Kişçay (Şəki) və Xaltanda yağış, Şahdağ, Qrız, Xınalıq, Sarıbaş (Şəki), Gədəbəy, Daşkəsən və Göygöldə qar yağıb.

Xəbər lenti
0