BAKI, 16 mart - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirsula bağlı ölkədə fövqəladə vəziyyətin elan olunacağını istisna etməyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan “Facebook” sosial şəbəkəsində canlı yayım zamanı bildirib.
O, eyni zamanda bildirib ki, 1-2 saat sonra hökumətin fövqəladə iclası keçiriləcək və bu iclas zamanı epidemiya ilə bağlı vəziyyət müzakirə olunacaq: “Biz mövcud vəziyyəti müzakirə edib önəmli qərarlar qəbul etməliyik. Xüsusi ilə bütün Ermənistanda və ya onun ayrı-ayrı regionlarda fövqəladə vəziyyətin elan olunub-olunmaması sualına cavab tapmaq lazımdır”.
O, həmçinin vurğulayıb ki, belə bir qərar qəbul olunacağı təqdirdə ölkə vətəndaşlarının həyatında elə də ciddi dəyişiklik olmayacaq.