BAKI, 15 mart — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldıqdan sonra bu gecə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə çarter reyslərin uçuş qrafiki açıqlanıb.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu gecə iki reys həyata keçiriləcək.
İstanbuldan Bakıya ancaq Azərbaycan vətəndaşları (TK 6890 - Sabiha Gökçen - 00:10), Bakıdan İstanbula da ancaq Türkiyə vətəndaşları (TK 6891 - Bakı - 07:45) qəbul ediləcəklər.
Səfirlikdən bildirilib ki, martın 31-dək Türkiyədən Bakıya gəlmək istəyən Azərbaycan vətəndaşları və Azərbaycandan İstanbula getmək istəyən Türkiyə vətəndaşları arasında “Türk Hava Yolları” uçuşlarına mövcud biletləri olanlar imkan daxilində qəbul ediləcəklər.