CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qrip və koronavirus – Fərq nədədir  

Abunə olmaq
Qripin daha qısa bir inkubasiya müddəti və daha qısa davam etmə dövrü olduğu qeyd edilir. Belə ki, COVID-19 üçün xəstəlik müddəti beş-altı gün, qrip üçün isə üç gündür. Bu o deməkdir ki, qrip koronavirusdan daha sürətli yayıla bilər.

BAKI, 15 mart — Sputnik. Rusiyada İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsinə Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) mütəxəssisləri koronavirus infeksiyasının qripdən necə fərqləndiyini izah ediblər.

Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Dövlət strukturları üçün Novruz tətili ləğv edildi – Koronavirus təhlükəsi

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə agentliyin saytında hesabat verilib.

Qripin daha qısa bir inkubasiya müddəti və daha qısa davam etmə dövrü olduğu qeyd edilir. Belə ki, COVID-19 üçün xəstəlik müddəti beş-altı gün, qrip üçün isə üç gündür. Bu o deməkdir ki, qrip koronavirusdan daha sürətli yayıla bilər.

Bundan əlavə, qrip virusu xəstəliyin ilk üç-beş günündə ötürülür və simptomların başlanmasından əvvəl (presimptomatik) yoluxması mümkündür.

COVID-19-da isə bunun əksinə olaraq, simptomların başlamasından 24-48 saat əvvəl virusu yaya bilən insanların olduğunu bilsək də, bu yoluxmanın əsas səbəbi kimi görünmür.

TƏBİB rəsmisindən koronavirus barədə maraqlı açıqlama: "Simptomu yoxdur"

“Rospotrebnadzor” uşaqlarda qrip virusunun ötürülməsində vacib bir amili də qeyd edib. Koronavirus onlara böyüklərdən daha az təsir göstərir: 19 yaşa qədər olan yaş qruplarında yoluxma halları azdır. Çindən alınan ilkin məlumatlar göstərir ki, uşaqlar böyüklər tərəfindən virusa yoluxurlar.

Şiddətli qrip infeksiyasına ən çox xroniki xəstəlikləri və immun çatışmazlığı olan uşaqlar, hamilə qadınlar, yaşlılar yoluxurlar. COVID-19-da ağır yoluxma riski yaşlılıq və əlaqəli xəstəliklər vasitəsi ilə artır.

Dünyanın 130-dan çox ölkəsində 140 mindən çox insan koronavirusa  yoluxub. Beş mindən çox insan bu virusdan ölsə də yoluxanların çoxu sağalıb.

Xəbər lenti
0