CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eşidirsiniz, axşam saat 9-da...

© AP Photo / Emilio MorenattiTibbi maskada olan ofisiant, arxiv şəkli
Tibbi maskada olan ofisiant, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icrası tələb olunur

BAKI, 15 mart — Sputnik. Azərbaycanda bir sıra kafe və restoranların fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il  14 mart tarixdən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.

Konkret olaraq, bir ay müddətində  kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 21.00-dək müəyyən edilib, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyulub.

Qeyd edilməlidir ki, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlər dəstəklənir.

Ancaq respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 21.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstəriblər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə həmin obyektlərin fəaliyyəti dayandırılıb, onların sahiblərinə bu məkanlar üçün müəyyən edilmiş qaydalara  əməl olunmasının vacibliyi izah edilib. 

Vətəndaşlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icrası tələb olunur.

Xəbər lenti
0