Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Soyuqdəymə dərmanları barədə şok açıqlama: koronavirusu gücləndirir

© Depositphotos.com / Photographee.euДве женские руки рядом с лекарствами
Две женские руки рядом с лекарствами - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, dünyada 155 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxanların sayına görə dövlətlərin ilk onluğuna Avropadan beş ölkə daxildir

BAKI, 15 mart — Sputnik. İltihab əleyhinə dərmanların koronavirusa yoluxan zaman istifadəsi səhhətə daha çox ziyan vura bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran özünün Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, ibuprofen və kortizon xəstəliyin gedişatını ağırlaşdıra bilər. Yüksək hərarəti azatmaq üçün nazir parasetamol qəbul etməyi məsləhət görüb.

​"Əgər siz hazırda iltihab əleyhinə dərman qəbul edir və ya şübhələnirsinizsə, həkiminizlə məsləhət edin", - Veran yazıb.

Martın 14-də Avropa Parlamentinin sədri David Sassoli COVID-19 koronavirus infeksiyasının yayılması ilə bağlı Avropadakı durumu dəyərləndirib. Onun sözlərinə görə, "İkinci Dünya Müharibəsindən bu yana Avropa belə dramatik böhran yaşamayıb". Sassoli qeyd edib ki, Avropa Birliyi koronavirus və pandemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün tədbirlər paketini qəbul edib. Onun fikrincə, heç bir Avropa ölkəsi özbaşına bu bəlanın öhdəsindən gələ bilməzdi.

Son məlumatlara görə, dünyada 155 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Yoluxanların sayına görə dövlətlərin ilk onluğuna Avropadan beş ölkə - İtaliya, İspaniya, Almaniya, Fransa və AB-yə üzv olmayan İsveçrə daxildir.

Xəbər lenti
0