Gürcüstanda da azərbaycanlılar üçün qaynar xətt işə düşdü

© SputnikGürcüstan sərhədi
Gürcüstan sərhədi - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus təhlükəsinə görə Azərbaycana qayıtmaqda çətinlik çəkən azərbaycanlılar səfirliklərimizə müraciət edərək operativ yardım ala bilərlər

BAKI, 15 mart — Sputnik. Azərbaycanın Gürcüstandakı Səfirliyi koronavirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ qaynar xətt xidməti yaradıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, martın 14-də Türkiyə ilə Azərbaycan arasında koronavirus təhlükəsinə görə quru və hava yolu ilə əlaqələr dayandırıldığından Türkiyədəki səfirliyimizdə də orada təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımızın mümkün müraciətləri üçün qaynar xətt yaradılıb.

Xəbər lenti
0