Rusiya və Türkiyə razılaşdı – Birgə patrul olacaq

© AFP 2024 / OMAR HAJ KADOURТурецкая военная техника в Идлибе, фото из архива
Турецкая военная техника в Идлибе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Rusiya-Türkiyə hərbçiləri martın 15-dən etibarən İdlib regionunda "M-4" trassında birgə patrul həyata keçirməyə başlayacaqlar

BAKI, 14 mart — Sputnik. Ankarada baş tutan Rusiya-Türkiyə danışıqları konstruktiv keçib, nəticələr Suriyanın İdlib regionu üzrə razılaşmaları həyata keçirməyə imkan verir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
İdlib məsələsi Türkiyə-Rusiya əlaqələrinə təsir edə bilməyəcək – ekspert

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Rusiya-Türkiyə hərbçiləri martın 15-dən etibarən İdlib regionunda "M-4" trassında birgə patrul həyata keçirməyə başlayacaq.

Qeyd edək ki, Türkiyə martın 5-də əldə olunun razılaşmaya uyğun olaraq Suriyanın İdlib vilayətində olan ağır texnikasının bir hissəsini öz ərazisinə geri çəkməyə başlayıb.

Xatırladaq ki, martın 5-i Moskvada Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib regionunda gərginliyi müzakirə ediblər. Görüşün yekunlarına dair birgə sənəd qəbul olunub. Tərəflər "Astana formatı"na sadiq olduqlarını bildirib və həmin gün gecə yarısından İdlib vilayətində atəşkəs rejiminin tətbiq olunduğunu bəyan ediblər. Bundan əlavə, tərəflər strateji əhəmiyyətə malik və yaraqlıların əlində olan "M4" trassında birgə patrul aparılmasına dair razılıq əldə ediblər.

Xəbər lenti
0