CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial izolyasiya nəqliyyatın hərəkətinə necə təsir edəcək?

© Sputnik / Murad OrujovУлица Низами – одна из оживленных улиц в центре Баку
Улица Низами – одна из оживленных улиц в центре Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni və “Azərbaycan Dəmir Yolları” rəsmiləri sosial izolyasiya tədbirlərindən danışdılar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri barədə qərarı ictimai nəqliyyatın işində də müəyyən dəyişikliklərə səbəb ola bilər.

 Təcili Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
SƏHİYYƏ
İtaliyadan qayıdan azərbaycanlı tələbələr karantinə yerləşdirildi

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı BNA da iclas keçiriləcək. Onun sözlərinə görə, iclasın nəticələri ictimaiyyətə açıqlanacaq.

Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov isə bildirib ki, hələlik metroda qatarların hərəkət qrafikində dəyişiklik yoxdur: “Şənbə və bazar günləri qatarlar öz qrafiklərinə uyğun hərəkət edəcəklər. Metronun işində sosial izolyasiya tədbirləri ilə bağlı hər hansı dəyişiklik olarsa, ictimaiyyətə açıqlama veriləcək”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova açıqlamasında bildirib ki, sosial izolyasiya tədbirləri ilə əlaqədar Bakı-Sumqayıt sürət qatarının hərəkət cədvəlində hazırda heç bir dəyişiklik yoxdur. Əgər hər hansı dəyişiklik olarsa, dərhal sərnişinlərə bu barədə məlumat veriləcək.

Xəbər lenti
0