Cəbhədə növbəti təxribat: Evlər və avtomobillər atəşə tutuldu

© SputnikВоеннослужащий ВС Армении на оккупированных территориях, фото из архива
Военнослужащий ВС Армении на оккупированных территориях, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

BAKI, 14 mart — Sputnik. Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

DSX Çevik Hərəkət Dəstəsinin hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
DSX: Ermənistan sərhəddə təxribat törədib

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Martın 14-də 13:30-dan 14:00-dək Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hə­rə­kət edən mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Xəbər lenti
0